Menu

Türkiyədə ağır yol qəzası baş verib, xəsarət alanlar var

03.02.2025, 21:29
Türkiyədə ağır yol qəzası baş verib, xəsarət alanlar var

Türkiyədə müəllim və tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Bursa vilayətinin İnegöl rayonunda qeydə alınıb.

Qəza nəticəsində altısı müəllim olmaq on nəfər yaralanıb.

Onlar xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol