Menu

UEFA-dan "Qarabağ"a şad xəbər

15.12.2014, 15:13
UEFA-dan "Qarabağ"a şad xəbər

Ali Futbol qurumu klubun şikayəti ilə bağlı məhkəmə təyin edib

UEFA "Qarabağ"ın məhkəmə tələbini qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Lider TV və Fan Club - Ladies of "Qarabağ" FC-ya eksklüziv açıqlamasında klubun vəkili Gurur Gaye Günal deyib. Məhkəmə fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, UEFA Avropa Liqası və Çempionlar Liqasının püşkü bu gün saat 16-da İsveçrənin Nyon şəhərində atılacaq. "Qarabağ"ın yer aldığı F qrupundan ikinci yerin sahibi kimi Ukraynanın "Dnepr" klubu püşkatmada təmsil olıunacaq.

"Qarabağ" "İnter"lə oyundakı mübahisəli qol ilə bağlı UEFA-ya etiraz edib.

Mənbə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol