Menu

Kanada şirkətinin Dağlıq Qarabağa səfər təşkil etməsinə son qoyuldu

15.12.2014, 15:52
Kanada şirkətinin Dağlıq Qarabağa səfər təşkil etməsinə son qoyuldu

Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar tədbirlər görülüb.

Dekabrın 15-də “Media forum” saytına danışan XİN sözçüsü Hikmət Hacıyev deyib ki, Azərbaycanın Kanadadakı səfirliyinin Xarici İşlər Nazirliyinin təlimatı əsasında gördüyü tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkilini dayandırıb və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol