Menu

MƏRKƏZİ BANKIN RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK OLDU - Yeni baş direktorlar təyin olundu (Yenilənib)

06.02.2025, 20:38
MƏRKƏZİ BANKIN RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK OLDU - Yeni baş direktorlar təyin olundu (Yenilənib)

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.

"AzPolitika" xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Məlumatda bildirilir  ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Həmçinin Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.

Vüsal Qurbanovla yanaşı  Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.

Qeyd edək ki,  Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.

Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.

Qeyd edək ki, yeni vəzifəyə təyinat alanlardan Anar Mansurov bəstəkar, Xalq artisti Eldar Mansurovun oğlu, Vüsal Qurbanov isə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun qardaşıdır.

Şərhlər

Xalq 2025-02-06 12:26:33

Adam qanmadığı işlə məşğul olanda yorulur və gülünc bəziyyətə düşür.Bunu mən demirəm,atalar deyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol