"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün pensiyalar indeksləşdirilərək artırıldı. Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır".
"AzPolitika" xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov sosial şəbəkə hesabından paylaşım edib.
V. Bayramov artımın hesablanması formulasını belə izah edib:"Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1% = 44.55. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 8.1 % = 32.4 manat. Bu halda yeni pensiya məbləği 432.4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq".
O, qeyd edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur:“Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".
"AzPolitika.info"

Şərhlər
Qəpik quruş pensiya artırıblar utanmaz utanmaz neçə vaxtdır bunu millətin gözünə doxmaqdan da utanmırlar.
Cənab deputat,izin fikrinizlə 2024-cü ildə ölkədə baş verən 45-80 faiz bajhalaşma halında.yalan,,göydən düşmə və bu heablama üçün yaramayan 8.1 faiz artım 30 təqvim günündə 300-500manat alan peniyaçı üçün nəyi vəd edir?Buna da açıqlama verəniz bəlkə peniyaçılar zəlil günə qoyduğunuzu anlayasınız
bu 8.1 faiz haradanvə niyə ortaya çıxarılın?Peniyaşr .hanı əalaçıları daha zəlil günə almaq üçünmü?Ayıb deyil?il əzində 8.1 faizlə artım faizi ilə il ərzinə ərzaq,nəqliyyat.kommunal xəclər cəhiyyə. və dərman vaitələrinin 40 -60 artımı halında vəəndaş necə yaşayacaq?
Əmək haqlarının artırılma faizi ilə incanların ,peniyaşıların və yaşamını planlaşdırmaq tam yanlış yanaşmdır.Çünki inşanın yaşamı ölkədə qiymət artımları-bahalaşma faizləri ilə nzərə alındıqda doğru ola bildiyi şübhəizdir.İncanların əmək haqqı hakimiyyətin qərarı ilə müəyyən faiz artırıla bilər.Bu faizin yaşam şərtlərinə uyğunluğu başqa mövzudurOna görə peniya və müavinətlərin artımı yalnız ölkədə baş verən bahalaşma və hakimiyyətin xalqın yaşam imkanlarını yaxşılaşdırmaq qərarına bağlı olmalıdır.Yalnız bu zaman ədalətli qərar ola bilər.Hazırki 8.1 faiz heş bir həqiqətə və deyilənlərə uyğun gəlmir.