Təlimlərdə təxminən 200 general və zabit iştirak edəcək
Rusiyanın Müdafiə Nazirliyi ölkənin cənubunda genişmiqyaslı təlimlərə başlayır.
ANS PRESS-in məlumatına görə, Cənub Hərbi Dairəsinin mətbuat xidməti genişmiqyaslı təlim barədə informasiya yayıb. Təlimlərdə təxminən 200 general və zabit iştirak edəcək.
Təlim Rostovda keçiriləcək və 17 dekabra qədər davam edəcək. Təlimlərdə çox sayda zabit, ümumqoşun birləşmələri, Hərbi Hava Qüvvələrləri və Hava Hücumundan Müdafiə komandanlıqları, Dəmir Yolu Qoşunları, Qara dəniz flotu və Xəzər flotiliyası birləşmələri və hərbi hissələrin komandirləri iştirak edəcək.
Təlimlər zamanı mühazirələr və seminarlarla yanaşı praktiki təlimlər də keçiriləcək.


Şərhlər