ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.
“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.
“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.
Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.
Trampın dediyinə görə, Vladimir Putin “insanların (döyüş meydanında) ölməsinin dayandırılmasını istəyir”.
"AzPolitika" xəbər verir ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə potensial sülh nizamlanmasında rəsmi Kiyevə təhlükəsizlik zəmanəti müqabilində Ukraynadakı nadir torpaq mineralları və qazının alınmasını nəzərdə tutan 500 milyon dollarlıq müqavilə bağlamaq istədiyini əlavə edib.
Tramp daha sonra onun yaxınlığında əyləşən milli təhlükəsizlik müşaviri Mayk Uoltsa müraciət edərək deyib: “Gəlin bu görüşləri keçirək. Onlar görüşmək istəyirlər (ehtimal ki, Rusiya və Ukrayna prezidentlərini nəzərdə tutur). İnsanlar hər gün ölür. Gənc, yaraşıqlı əsgərlər ölür. Mənim oğullarım kimi gənclər”.
Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, ABŞ-nin vitse-prezidenti Ceyms Vens fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə görüşəcək. Konfransdan sonra isə Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edəcək.
“AzPolitika.info”

Şərhlər
Uinston Çörçilin belə bir ifadəsi var: İngiltərənin daimi dostu, daimi düşməni yoxdur, onun daimi maraqları var. Sadəlöhv olmayaq. Rusiyanın iştahı göz önündədir, ABŞ-a qaldıqda, amerikanların hansı ağıl sahibi olmalarına baxanda insan dəhşətə gəlir. Trampın birinci şahlığı dövrünü görmədilər? Tramp qanı ilə, canı ilə kommersantdır, biznesmendir, qanı dollarla yoğrulub. Ölkələr və onun rəhbərləri qorxularından Trampı tərifləyirlər, variantları da yoxdur. Xəbərlər də ABŞ-la bağlı görüntülər verəndə bu lotunun hərəkətinə fikir versəniz, onu hətta yaxın ətrafı ilə davranışında, jestikulyasında müəyyən qeyri-adekvat hərəkətlərinin şahidi olarsınız. Bu şizofreniyanın ilkin əlamətləridir. O, hətta amerikanlara dollar gözündə baxır. Onun ən yaxşı vəzifəsi ABŞ-ın maliyyə naziri olmalı idi. Bir aya müharibəni durduran adam hazırda nala-mıxa vurur, gah Putinlə telefon danışığı aparır, gah öz əməkdaşına Rusiya və Ukrayna ilə danışıqlar aparmağı tapşırır. Ruiyanın durdurmasının bir yolu var: nöyüdün qiymətini kəskin aşağı salmaqla (Səudiyyə Ərəbistanını buna inandırmaq yolu ilə), sanksiyalara real sürət verməklə. Ukraynanın başına gələn bizim ölkənin də başına gələ bilərdi (müstəqillik qazandıqdan sonra başımıza gələnlərə şükür deyərdik). Nə isə, bizi ALLAH saxlayır, daha doğrusu ALLAHın yazığı gəlir. Türkiyə ilə də münasibətlərimizi korlamamalıyıq. Bu fikrə də diqqət yetirmənizi xahiş edədim.