Hər bazar ertəsi anti-immiqrant baxışlara görə Drezden şəhərində anti-islam aksiyaları keçirilir. Müttəfiqləri və rəqibləri Almaniya kansleri Angela Merkeli bunlara qarşı tədbir görməyə çağırıblar. Bu barədə “Reuters” xəbər verir.
Növbəti aksiyada minlərlə adamın iştirak edəcəyi gözlənilir. Bu isə Merkeli çətin vəziyyətdə qoyub. Merkelin təhlükəsizlik rəsmiləri ksenofobiya cinayətinin artdığını bildirirlər. Sorğular isə aksiyaçıların Almaniyanın ciddi immiqrasiya siyasəti tələbinin dəstəkləndiyini göstərir. “Ölkədə ksenofobiya cinayəti nəzərə çarpacaq dərəcədə artıb”, - polis rəisi Holger Münş “Welt am Sonntag” qəzetinə bildirib. Almaniyanın bazar günü çıxan digər qəzetləri kimi o da “PEGIDA” qrupunun aksiyasına həsr olunub. “PEGIDA” ixtisarının mənası “Avropa vətənpərvərləri Qərbin islamlaşdırılmasına qarşı” deməkdir.
Qeyd edək ki, bu il anti-islam və anti-semitizm fikirləri kəskinləşib. Belə ki, sələfi müsəlmanlarla mübarizə üçün sağyönümlülər futbol xuliqanlarına qoşulublar, yəhudilərə təzyiq artıb. Eyni zamanda, Almaniya yenə də Avropanın rekord səviyyədə immiqrant qəbul edən ölkəsi olaraq qalır.
Xatırladaq ki, dekabrın 12-də Merkel nifrət olunan müsəlmanlara və digər azlıqlara Almaniyada yer olmadığını bildirmişdi. Kansleri gözdən salmaq üçün Merkelin sosial-demokrat SPD koalisiyası, müxalifət “yaşıllar” və sürətlə böyüyən avroskeptik AfD (Almaniya üçün Alternativ) partiyasının əlinə fürsət düşüb. “Bild am Sonntag” qəzetinin sorğusuna görə, 76% insan Merkeli dəstəkləyib.
Merkel SPD partiyasını şərq əyalətlərinin birində kommunistlərlə İttifaqa girib siyasi böhrana səbəb olmaqda ittiham edirdi. Bu fikirlərə etiraz edən partiya isə kansleri SPD qanunvericisi Tomas Oppermanın “demək olar ki, növbəti onilliyin ən böyük problemi” adlandırdığı məsələyə aydınlıq gətirməyi tələb ediblər.
“Yaşıllar”ın lideri Cem Özdemir bildirib ki, kansler “Almaniya immiqrantlar üçün müavinət verilən ölkə” olması ilə razılaşmalıdır. Əslində çox vaxt Merkel bildirir ki, işçi qüvvəsinə görə Almaniyanın daha çox immiqranta ehtiyacı var. Qeyd edək ki, Cem Özdemir Drezdendə əks-etiraz aksiyalarında iştirak edəcək.
Bəzi CDU (Xristian-Demokrat İttifaqı) rəsmiləri bildirirlər ki, aksiyaçıların motivasiyasını anlamaq lazımdır. SPD isə aksiya təşkilatçılarını “zolaqlı nasistlər” adlandırır. PEGİDA-ya qarşı fərqli mövqelər onu göstərir ki, kansleri sonda geri çəkilmək təhlükəsi gözləyir. Aksiyalar artıq qərbdə - immiqrantların Drezdendən də çox olduğu Düsseldorf kimi şəhərlərdə də təkrarlanır. Almaniyadakı 4 milyon müsəlmanın az bir qismi bu şəhərdədir.
Berlin professoru Hayo Funke ötən həftə 10 mindən çox adamın qoşulduğu aksiyaya münasibət bildirib. “İnsanlar cəmiyyət və öz həyatları ilə bağlı qeyri-müəyyən narazılıq nümayiş etdirdilər. Təşkilatçılar isə İŞİD və Əl-Qaidə kimi silahlı üsyançıların təhlükəsi ilə oyun oynayıblar”, - o deyib.
Daxili işlər naziri Tomas de Mezyer bildirib ki, Almaniyanın islamlaşdırılması təhlükəsi yoxdur. Buna baxmayaraq, PEGİDA ilə özünü qayda-qanun partiyası kimi qurmaq istəyən AfD arasında oxşarlıq var. AfD də bunu çoxdan hiss edib, ona görə də partiyanın liderlərindən biri Aleksandr Gauland dekabrın 15-də aksiyaya qoşulmağı planlaşdırıb.
“Biz bu hərəkatın təbii müttəfiqləriyik”, - Gauland deyib. Bu isə AfD ilə mübarizə ilə bağlı yeni müzakirələrə səbəb ola bilər. CDU sakitcə sağyönümlü ekstremistləri özünə tərəf çəkən AfD partiyasına artıq kənar qrup kimi baxır. /"eunews.az"


Şərhlər