Menu

Trampdan skandal qərar - 9 fevral "Amerika Körfəzi Günü" elan edildi

10.02.2025, 12:22
Trampdan skandal qərar - 9 fevral "Amerika Körfəzi Günü" elan edildi

ABŞ Prezidenti Donald Tramp Meksika körfəzi üzərindən uçarkən fevralın 9-nu “Amerika Körfəzi Günü” elan edib. 

Ağ Evin məlumatına görə, Tramp bütün ABŞ vətəndaşlarını və dövlət rəsmilərini bu tarixdə keçiriləcək tədbirlərlə qeyd etməyə çağırıb.

Xatırladaq ki, Tramp yanvarın 20-də Ağ Evdə imzaladığı sərəncamla Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsini əmr etmişdi. Ardınca isə “Google” öz xəritələrində Meksia körfəzi əvəzinə “Amerika Körfəzi” adından istifadə etməyə başladı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol