Real TV-nin rəhbəri Mirşahin Ağayev son günlər artan siyasi gərginlik fonunda Rusiyanın ünvanına tənqidi fikirlər səsləndirib.
"AzPolitika" xəbər verir ki, o, Bakıdakı "Rus Evi" başda olmaqla, Rusiyanın və rus mətbuatının Azərbaycana qarşı münasibətini sərt şəkildə tənqid edib.
Mirşahin Ağayev Rusiyanın etməyə borclu olduğu müddəaları belə sıralayıb:"Rusiyanın indi edə biləcəyi 3 şey var – səmimi etiraf, kompensasiya ödəmək və hadisəni tərədənlərin tapılıb cəzalandırılması. Nə qədər ki, bunlar olmayıb, Bakıdakı “Rus evi” özü də qara qutuya bənzəyəcək. Gərək açaq, oxuyaq, şifrəsizləkidrək. Görək orada daha nə qaranlıq mətnlər var? "Rus Evi", Primarkovuna qədər başa düşməlidir ki, rus demişkən Rusiya "aşıbkanı" harada və hansı yüksək səviyyədə buraxıb?".
"İndi biz qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük. Bir zamanlar əsaərt altında saxladığı xalqların müstəqilliyi ilə barışa bilməyən, öz şovinizmini yendiən mumyadan çıxaran 20 yanvar Rusiyası. Elə olmasa idi bu ölkənin mediasında başalanan nəhəng anti-Azərbaycan kampaniyası da olmazdı... Dövlət öz ləyaqətini qorumalıdır. Azərbaycanın ləyaqəti var və bu ləyəqətini qoruyur. Rusiyanın da ləyaqəti var. O, bu ləyaqəti ən azı Azərbaycan qədər qorumalıdır. Yoxsa ayıbdır! Ayıb da olsun!",-deyə o, bildirib.
Daha ətraflı sujetdə:

Şərhlər
Həvvadan gəlmiş Adəm fizionomunda diqqətli, dözümlü davamiyyət və səmərəli seçim üçün, bir cüt ayaqlar, bir cüt əl-qollar, dolaşıq həzm sistemi, bir döyünən ürək, bir cüt göz, bir cüt qulaq və bir kəllədə ikitərəfli bircə beyin var! Sözü *bişir-düşün* çıxar kəlamı həmin cövlanı təsvir edib! Məgər, 1895ci ildən Rus İmperinin, qənimət Qafqazın yerli türklərinə hüquqi münasibəti haçan üstün-qayğılı olub ki?
Azaldin bu rus sektorlari .Dovlet mekteblerinde rus bolmesinde tehsil dovlet hesabina olmasin .birinci buradan baslamaq lazimdir..Yoxsa Rusiya imperitasinin yari ermeni Xarici isler naziri kelenteryan demis ...Harada rus dilinde danisirlarsa ora Rusiyadir ..Onlarin dusuncesinde basqa milletlete hormet anlayisi yoxdur ...Qebul etmek istemirler ..
Bunlara bir him-cim lazım imiş ,hökumətin kanalları dilə gəlib ,yəqin bir -iki aya rusya üzərində qələbə çalacağıq .Neçə illərdi biz sadə vətəndaşlar AzPolitika daxil qışqırırıq ,yaxşı ki bizləri Qərbin adamları kimi rusbaşlar şərləmədi ,indi bülbülə dönüblər
Ona görə 5-ci kolon Rusiyanın qoltuğuna girir? Mirşahin bilmir ki.5-ci kolon elə hakimiyyətin içindədir? Allah Azərbaycanı qorusun.Nə qədər bizimkilər yumurta üstündə oturacaqlar?Baxın,Ermənistan rəsmiləri avropadan vuruv Amerikadan çıxır.öz haqlı olmadıqları məsələləri özləri istədiyi kimi həll etməyə səy göstərirlər.Bəs biz nə edirk?Mirşahin bəy.bir bunu araşdır....