“21.11.2023 tarixində paylaşdığım bu postu yada salıram. “Maskaları çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur”.
Bunu da Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Hikmət Hacıyev yuxarıda qeyd edilən sözləri USAID-in direktoru Samanta Pauerə cavabında bildirmişdi.


Şərhlər
Cənab Hikmət Hacıyevə böyük hörmət və rəğbətim var. USAİD-in tüğyan etdiyi, söz sahibi olduğu dövrdə cənab Hikmət Hacıyev Prezident Administrasiyasında çalışmırdı. Heç kimə sirr deyil ki, USAİD Azərbaycan hakimiyyəti üçün ən hörmətli qurumlarından biri olub. Bir sıra layihələrin müəllifi USAİD olmuşdur. Onun təklifi və vəsaiti hesabına Administrasiyanın, Parlamentin, Hökumətin, Ali Məhkəmənin əməkdaşları bir sıra ölkələrə ezam edilmişlər. USAİD-in təklifi ilə bu qurumlarda müxtəlif mövzularla bağlı seminarlar, treninqlər keçirilmişdir. O zaman bilmirdik ki, USAİD hansı fəaliyyətlə məşğuldur? Belə çıxır ki, bu millət başdan-ayağa saxtakar və yaltaqdır. Vallah hansı mənsəbə qulluq etməyimiz mənim üçün qaranlıq qalır.