Ukrayna Təhlükəsizlik Xidməti (SBU) öz sıralarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) yüksək rütbəli agentini ifşa edib. 

“AzPolitika” xəbər verir ki, bu şəxs SBU-nun Antiterror Mərkəzinin Qərargah rəisi olub.

Qeyd olunub ki, həyata keçirilən əməliyyata SBU rəhbəri Vasili Malyuk şəxsən rəhbərlik edib. Malyuk deyib ki, xainin ifşa edilməsilə bağlı aparılan əməliyyat olduqca mürəkkəb olub. Onun şəxsi kompüteri və digər elektron avadanlıqlarına giriş üçün xüsusi proqramdan istifadə edilib. Daha sonra onun düşmənə məlumat ötürməsilə bağlı etibarlı dəlillər əldə edilib. SBU rəhbərinin dediyinə görə, hətta Ukrayna tərəfi ifşa edilən agentin vasitəsilə Rusiyaya saxta məlumatlar da ötürməyə nail olub. 

Rəsmi məlumatlarda ələ keçirilən agentin adı açıqlanmasa da, Ukrayna mətbuatının yazdığına görə, saxlanılan şəxs polkovnik Dmitri Kozyuradır.    

“AzPolitika.info”