İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim forması olacaq.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Müvafiq qərara edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcək və bu, onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq.
Qərar respublika daxili işlər orqanlarında artıq elan olunub.

Şərhlər
Sovet dönəminin adamları yaxşı xatırlayırlar. Vaxtı ilə hazırda nəzərdə tutulan işləri xalq drujinaçıları yerinə yetirirdilər. Təxminən 10-15 il öncə Ramil Usubovun dövründə DİN-in İctimai təhlükəsizlik idarəsində bununla bağlı layihə də hazırlanmışdır, sonra nədənsə bu məsələ arxivə göndərildi. Əslində bu institutun yaradılması müsbət haldır. Əslində bu funksiyanı yerinə yetirən şəxslər sahə müvəkkillərinə dəstək olacaqlar. Məs., yaşayış sahəsi ərazisində narkotikdən istifadə edənlərə, oğurluq edənlərə, ictimai asayişi pozanlara qarşı mübarizə sahəsində əvəzsiz rol oynayacaqlar, bir növ polisin görən gözü, eşidən qulağı olacaqlar. Bu o anlama gəlməməlidir ki, onlar xəbərçiliklə (sukalıqla) məşğul olacaqlar, əsla yox. Yaşayış ərazisində, şəhərin müxtəlif yerlərində ictimai asayiçin təmin olunmasında polisə kömək edəcəklər. Onları maraqlandırmaq üçün simvolik olaraq onları maraqlandırmaq da müsbət addımlardan biri olardı. Bir sözlə, DİN-in bu addımı alqışlanmalıdır. Ona görə də nazirliyin bu sahədə mediada təbliğat işlərinə start verməsi müsbət addım olardı.