Menu

UEFA Azərbaycan klublarına ödəniş edib

12.02.2025, 23:09
UEFA Azərbaycan klublarına ödəniş edib

UEFA "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.

Oxu.Az-ın məlumatına görə, 2023/2024 mövsümü üçün ayrılmış 1 955 000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Bununla da "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 217 222.22 avro çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol