Azərbaycanın bu il yanvarın 1-nə 5 milyard 129,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 5,8 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,4 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,3 %-ni, sabit dərəcə ilə olanlar isə 50,7 %-ni təşkil edib.
Xarici dövlət borcunun 49 %-i 5 ilə qədər olan müddətdə, 44,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 63,3 %-i çoxtərəfli maliyyə institutları üzrə, 27 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.
Xarici dövlət borcunun 35,1 %-i Asiya İnkişaf Bankı üzrə, 27 %-i avrobondlar üzrə, 15,8 %-i Dünya Bankı üzrə, 22,1 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Xarici dövlət borcunun 41,7 %-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyinin, 58,3 %-i isə digər icraçı qurumların həyata keçirdiyi proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.


Şərhlər
Dövlət borcunun strukturuna, ya sosial fondun məbləğinə, eləcə də pensionerlərin sayına sıravi izləyicinin nə marağı? Valyuta ehtiyatını əsas təyinat və şərtləri, ya gəlirləri neçə faizdir? Son iki ilki təxribatçı, sərt münasibətlər onun azad istifadəsinə qarşı deyilmi?