Menu

Tayvanda partlayış baş verən univermağın sahibi ölənlərin ailələrinə 30 min dollar verəcək

14.02.2025, 09:03
Tayvanda partlayış baş verən univermağın sahibi ölənlərin ailələrinə 30 min dollar verəcək

Tayvanda partlayışın baş verdiyi univermağın sahibi olan "Shin Kong Group" şirkəti hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü və ölənlərin ailələrinə təzminat ödəyəcəyini bildirib.

"Report"un "Taipei Times" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şirkətin prezidenti Riçard Vu bildirib.

"Şirkət rəhbərliyi ölənlərin hər birinin ailəsinə 1 milyon Tayvan dolları (təxminən 30 min dollar) təzminat verir.

Partlayış univermağın 12-ci mərtəbəsində baş verib, ilkin məlumata görə, qaz balonu partlayıb. Nəticədə 5 nəfər ölüb, 30-a yaxın yaralı var, 25 nəfər isə şəhər xəstəxanalarındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol