Menu

Ötən ay Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub

14.02.2025, 10:11
Ötən ay Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub

Cari ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti (DMX) 11 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bu barədə DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayı ərzində 32, noyabrda isə 55 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol