Menu

RUSİYADAN YÜZ MİNLƏRLƏ İNSAN AZƏRBAYCANA GƏLİB – Statistika açıqlandı

14.02.2025, 21:02
RUSİYADAN YÜZ MİNLƏRLƏ İNSAN AZƏRBAYCANA GƏLİB – Statistika açıqlandı

2022-ci ilin mart ayından 2024-cü ilədək ümumilikdə 1 milyon 897 min 588 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.

“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, 2022-ci il ərzində Rusiyadan 446 min 712 nəfər, Ukraynadan isə 27 min 741 nəfər ölkəyə daxil olub.

2023-cü ildə isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.

Ötən ildə isə 730 min 971 nəfər Rusiya, 36 min 144 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

“AzPolitika.info”

Şərhlər

B.Kolxozdari 2025-02-26 11:49:33

İtizəkalı, iki əlli hesabatlı başla sutka ərzində çalışıb, azı 3-4 istiqamətə ödəniş edən iki milyon nüfuzumuz işsiz kimi evlərinə qayıdıblar. Dörd istiqamətə azı iki min dollar ödəyənlərin hər birinə ildə azı 24 min dollar gəlir gətirən İki milyon iş yerləri gərək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol