Xəzər Universitetinin rektoru istefa verib.
“AzPolitika” AzEdu.az-ya istinadən xəbər verir ki, universitetin rektoru İradə Xəlilova istefa verərək, vəzifəsindən ayrılıb.
Bildirilib ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur.
1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olub.
2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışıb. 2014-cü ilin sentyabr ayından Xəzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlayıb, 2015-ci ilin oktyabrında Hüceyrə Patologiyası Tədqiqat Mərkəzini direktoru təyin olunub. Bir neçə ilə əvvəl Xəzər Universitetinə rektor təyin olunub. 20-dən çox elmi məqalənin müəllifidir.
***
Universitetdən “Oxu.Az”a bildirilib ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.
Sabiq rektor hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.
İ.Xəlilovanın rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub.

Şərhlər