Menu

Zaur Hüseynovun dövrü yoxlanıldı - 4 milyonluq pozuntu, 2 milyonluq vergi borcu...

14.02.2025, 23:02
Zaur Hüseynovun dövrü yoxlanıldı - 4 milyonluq pozuntu, 2 milyonluq vergi borcu...

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var.

"AzPolitika" "qaynarinfo"ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.

Şərhlər

hh 2025-02-15 07:12:59

kimi vezifeye qoyullar ( capib talayireeee neyi var el helal

Mubarız 2025-02-15 01:44:45

zaur huseynov omru boyu hesabdar olub. ıshı pul saymaq olub. ondan metro reısı olmazdı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol