Menu

Neftin qiyməti 55 dollara düşdü

16.12.2014, 09:04

brent-petrol-wti-nymex-futures-fiyat-oil-priceAzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,34 dollar ucuzlaşaraq 1 barelə görə 55,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,44 dollar ucuzlaşaraq 60,62 dollar olub.

Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 15-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 62,39 dollara satılıb.

Bu, dekabrın 10-da qeydə alınmış qiymətdən 0,55 dollar azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol