Menu

Putin Trampın qiymətli “metal alverinə” qaşı çıxdı - “Moskvanın maraqlarına uyğun deyil...”

25.02.2025, 17:51
Putin Trampın qiymətli “metal alverinə” qaşı çıxdı - “Moskvanın maraqlarına uyğun deyil...”

“ABŞ və Ukrayna arasında nadir torpaq mineralları ilə bağlı müzakirə edilən kommersiya sazişi Moskvanın maraqlarına uyğun deyil”.

“AzPolitika” xəbər verir ki. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Mən bu mövzu haqqında düşünmək belə istəmirəm" - deyə, Putin qəti şəkildə əlavə edib.

"Əlbəttə, bu resursların nə qədər real olduğunu, miqdarının nə qədər olduğunu qiymətləndirmək lazımdır, amma təkrar edirəm, bu bizim işimiz deyil", - o, qeyd edib.

Lakin həmin gün Rusiya Prezidenti bəyan edib ki, Moskva müdafiə xərclərinin 50 faiz azaldılması ilə bağlı Vaşinqtonla danışıqlara hazırdır. “Biz bunun əleyhinə deyilik, düşünürəm ki, ideya yaxşıdır”.

Çinlə bağlı Putin deyib ki, ÇXR daha sonra istəsə, qoşula bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın 13-də Ukrayna və Qəzza zolağında müharibələr başa çatdıqdan sonra Rusiya və Çinlə müdafiə büdcələrinin azaldılması ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Tramp həmçinin bildirib ki, o, Rusiya və Çinlə dünyanın üç ən böyük nüvə dövlətinin hər birinin nüvə arsenallarının azaldılması ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol