Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC (SOS) Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə “Ana Harayı” abidəsini ziyarət edib.
Şirkət rəhbərliyi və əməkdaşları 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş faciənin günahsız qurbanlarının əziz xatirəsini yad edərək, abidənin önünə əklil qoymuş və onların ruhuna dərin ehtiramlarını ifadə etmişlər.
Həmçinin, “SOS” MMC-nin nümayəndələri soyqırım zamanı həlak olan insanların xatirəsinə dualar oxuyaraq, faciənin heç vaxt unudulmayacağını vurğulamışlar.
Bu ziyarət, “SOS” MMC-nin Azərbaycanın tarixi faciələrinə, şəhidlərin ruhuna və Xocalı soyqırımı qurbanlarının xatirəsinə olan dərin ehtiramını əks etdirir. Şirkət bu cür təşəbbüslərlə vətənpərvərlik dəyərlərini daim təbliğ etməkdə və Xocalı həqiqətlərinin unudulmaması üçün öz dəstəyini göstərməkdə davam edir.
“AzPolitika.info”


Şərhlər