Ukrayna hökuməti Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ölkəni tərk edənlərin təxminən 30 faizinin Ukraynaya qayıdacağını təxmin edir.
"AzPolitika" xəbər verir ki, bunu Ukraynanın icmaların və ərazilərin inkişaf naziri Aleksey Çernışev deyib.
O, bildirib ki, ölkədə təhlükəsiz mühit yarandıqdan sonra ukraynalıların üçdə birinin geri qayıtması gözlənilir.
“Biz də aydın başa düşürük ki, ukraynalıların əhəmiyyətli hissəsi geri qayıtmayacaq. Onlar olduqları yerdə qalmağa qərar veriblər. Bu fəlakət deyil. Bunu qəbul etmək lazımdır”, - o, qeyd edib.
Nazir bildirib ki, hökumət hazırda ukraynalıların geri qayıtmasını təşviq etmək üçün bəzi praktiki modellər hazırlayır.
Xatırladaq ki, Çernışev daha əvvəl bildirmişdi ki, Avropada müharibə səbəbindən ölkəni tərk edən təxminən 5 milyon ukraynalı yaşayır. Qeyd edək ki, son 10 ildə Ukrayna əhalisinin 32 milyon nəfərə qədər azaldığı təxmin edilir.
"AzPolitika.info"


Şərhlər