Menu

"Aİ Gürcüstanda aksiyaları Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir" - Rusiya kəşfiyyatı

27.02.2025, 16:46
"Aİ Gürcüstanda aksiyaları Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir" - Rusiya kəşfiyyatı

“Avropa İttifaqı (Aİ) Gürcüstandakı hökumət əleyhinə etiraz aksiyalarını üzv ölkələrin Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir. Hər iştirakçıya 120 avro pul ödənilir”.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla jurnalistlər, bloqerlər, IT-mütəxəssislər və əməkçi miqrantlar arasında hökumətin siyasətinə zidd əhval-ruhiyyə formalaşdırılır:

“Bu məqsədlə bloqerlərə 50 min avroyadək vəsaitin ayrılması nəzərdə tutulur. Avropa İttifaqı etirazların aktivləşdirilməsi vasitəsilə Gürcüstanı “demokratiya və Avrointeqrasiya” yoluna qaytarmaq istəyir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol