Ruslar hələ 2023-cü ilin payızında Ukraynada siyasi vəziyyəti silkələməyə başlayıblar və bu günə kimi də bunu davam etdirirlər.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Hərbi Baş Kəşfiyyat İdarəsinin rəhbəri, general Kirill Budanov “Ukrinform”-a müsahibəsində deyib.
Budanov qeyd edib ki, Rusiya hərbi təcavüzlə yanaşı, Ukrayna daxilində siyasi gərginliyi artırmaqla öz məqsədlərinə çatmağa çalışır: “Burada, necə deyərlər, bir çox amillər buna (Ukraynada siyasi sabitliyinin pozulmasına – red.) təsir edir. Lakin 2023-cü ilin payızından başlayaraq, hakimiyyətə inamsızlıq toxumu səpmək üçün metodiki iş aparılır”.
Jurnalistlərin “Düşmən Ukrayna cəmiyyətinin müharibədən yorulmasından istifadə edirmi” sualına cavab olaraq Budanov deyib ki, “yorğun cəmiyyət ancaq qələbə olanda oyanır, canlanır, qələbə olmayanda, nə edirsən et, heç nə kömək etməyəcək”.
General qeyd edib ki, cəmiyyəti dəstəkləmək üçün “diplomatik, siyasi, sosial, hərbi qələbələr lazımdır”.
“AzPolitika.info”

Şərhlər