Menu

Rus mallarına qadağa

16.12.2014, 10:40
Rus mallarına qadağa

Belarusla Rusiya arasında yaranmış gərginlik artmaqdadır

Belarus hakimiyyəti Rusiyadan bir sıra qida məhsullarının idxalına qadağa qoyub. Bu siyahıya "BioFud" şirkətinin istehsalı olan "Zolotaya lapşa", "Laqman po-dunqanski" və "Biq Lanç" makaronları, həmçinin Rusiyanın “Payliq Rus” istehsalı olan "Mokka" markalı üyüdülmüş qəhvəsi daxildir.

ANS PRESS-in məlumatına görə, bu barədə qərarı Belarusun əsas sanitar həkimi İqor Qaevskiy göstəriş verib. Onun fikrincə, bu məhsullar ölkənin sanitar-epidemiologiya normalarına və Gömrük Şurasının texniki reqlamentinə uyğun deyil.

Xatırladaq ki, Rusiyanın nəzarət xidmətləri bu il noyabrın sonu, dekabrın əvvəlində Belarusdan ət-süd məhsullarının ölkəsinə idxalını praktik olaraq kəsib. Buna səbəb kimi, sanitar-epidemiologiya normalarının və istehsalla bağlı texniki reqlamentin pozulması göstərilib.

O vaxt bu addım Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən kəskin etiraza səbəb olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol