Menu

HƏMAS Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə başlamaqda israr edir

28.02.2025, 19:00
HƏMAS Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə başlamaqda israr edir

HƏMAS İsrail tərəfinin Qəzza zolağında martın 1-də başa çatacaq atəşkəs razılaşmasının birinci mərhələsinin uzadılması təklifləri ilə razılaşmır.

“Report” xəbər verir ki, bu barədə Misirin “Al-Ghad” telekanalı məlumat yayıb.

Onun mənbələrinin məlumatına görə, HƏMAS sövdələşmənin ikinci mərhələsi üzrə danışıqlara dərhal başlamaqda israr edir.

Bundan əvvəl HƏMAS Qəzza zolağında atəşkəs razılaşmalarının icrasını davam etdirməyə hazır olduğunu rəsmən bəyan edib. Bundan əlavə, beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə və onu dərhal razılaşmanın ikinci mərhələsinə keçməyə razı salmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol