Ukrayna üçün təhlükəsizlik təminatlarının ABŞ ilə bağlanan mədən müqaviləsində qeyd olunması mütləq deyil, bu təminatlar iqtisadi və sosial məsələlər kontekstində müəyyən edilə bilər.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk deyib.
O qeyd edib ki, bu gün ABŞ-də imzalanması planlaşdırılan sənəd “ilkin razılaşma” xarakteri daşıyır: "Bu sənəddə Ukrayna Prezidentinin ABŞ Prezidenti ilə görüşündən sonra müəyyən dəyişikliklər olacaq".
Parlament sədri Volodimir Zelenskinin təhlükəsizlik zəmanətlərinin Ukrayna üçün prioritet olduğu barədə mövqeyini xatırladıb: "Amma onları heç də həmişə təhlükəsizlik təminatı kimi qeyd etmək lazım deyil. Bəzən onlar iqtisadi, sosial və digər məsələlərdə gizlədilə bilər. Oraya vacib deyil ki, yazılsın: “Biz sizə hansısa silahdan, hansısa miqdarda verəcəyik”. Bu, sadəcə olaraq, iqtisadi yardım kimi bu və ya digər fonda köçürmələr yolu ilə də edilə bilər”. Rada sədrinin dediklərindən belə çıxır ki, ABŞ-nin iqtisadi yardım adı ilə köçürəcəyi vəsait sonradan hərbi məqsədlər üçün istifadə edilə bilər və bu da Ukraynaya təhlükəsizlik zəmanətinin bir növ gizli formasıdır.
Onun fikrincə, saziş haqqında sadəcə xəyal qurmağa ehtiyac yoxdur, daha çox onun necə həyata keçirildiyini gözləmək lazımdır: “Lakin mən əminəm ki, bu saziş sözün tam mənasında Ukrayna üçün güclü təhlükəsizliyi təmin etmək potensialına malikdir”.
“AzPolitika.info”


Şərhlər