“Ağ Evin Oval kabinetindəki çirkin mənzərəyə baxanda istər-istəməz ingilis yazıçısı Redyard Kiplinqi və onun məşhur “Cəngəllik kitabı” hekayəsini xatırladım. Hekayədə baş qəhrəman oğlan Mauqli pələng Şer-xan və onu udmaq istəyən çaqqal Tabaki ilə qarşılaşır, lakin buna nail ola bilmirlər”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış azrbaycanlı siyasi təhlilçi Ramiz Yunus yazıb.
Onun sözlərinə görə, Prezident Zelenski Mauqli kimi, prezident Tramp və Vens ilə çətin mübahisədə Ukraynanın və onun qəhrəman xalqının fəxr edə biləcəyi əsl qəhrəman oldu: “Təəssüf ki, eyni şeyi Prezident Tramp haqqında demək olmaz. Güclü liderlər bunu etməz. Hətta planetin ən güclü ölkəsinin prezidenti sizin köməyinizə ehtiyacı olan, ölkəsi sələfiniz Klintondan başlayaraq Obama və Baydenə qədər etdikləri xəyanətlərə görə qan içində olan, Ukrayna xalqı tərəfindən seçilmiş, müttəfiqiniz, evinizə dəvət etdiyiniz qonaqla bu qədər ləyaqətsiz davranmamalıdır. Renessansın məşhur alimi Rotterdamlı Erastusun dediyi kimi: "Utanc rüsvayçılıqdan əvvəl dürüstlük qorxusudur”.
“AzPolitika.info”


Şərhlər
Yunis m-min dedikləri tam doğrudur. "Bazar"da çox ciddi məsələni bazar sövdələşməsi istiqamətinə yönəltdilər. Ölənlər və dağılanlar onlardan deyil ki.
Pezident Zelenskinin “səhvi”
Ukraynanın Pezidenti cənab V. Zelenskiy özünün ən böyük səhvini məncə, Trampın (elə, bəzi Avropa dövlətləri başçılarının da) dediyi kimi, hələ 2022-ci ilin 24 Fevral tarixində edib. Belə ki, Putin və onun təbliğat “ruporlarının” dedikləri kimi, o, Ukrayna xalqını 2-3 gün ərzində Rusiya ilə birləşməyə razı salmalı, öz əhalisinin və igid döyüşçülərinin həyatını qorumalı, şəhər və kəndlərinin dağılmasının qarşısını almalı idi. Və sonra..., və sonra hər cəhətdən güclənmiş, hələ o dövrdə sifətini itirməmiş rus işğalçı qoşunları Putinin xəyalındakı SSRİ-ni bərpa edərək, əvvəlcə Baltikyanı ölkələri, sonra Cənubi Qafqaz ölkələrini ram edərək Moldovadan, Rumıniyadan, Polşadan haq-hesab tələb etməyə başlamalı idi. Və bu vaxt AB-nin kürkünə birə düşəcəkdi.
Belə olduğu halda, bütün Avropa Birliyi Dövlətləri (o vaxt az qala parçalanmaq həddinə çatmış) Ukraunanın vətənpərvər, qəhrəman ordusuna vaxtında hər cür maddi, hərbi və mənəvi kömək etmədiklərinə görə çox peşman olardılar. Əslində elə indiki situasiyada da belə bir peşmançılığın təməli “kral” Trampın “Oval”ında 28 Mart 2025-ci ildə qoyuldu. Əgər ABŞ-ın demokratik düşüncə və haqq-ədalət daşıyıcısı olan ictimaiəti, ziyalılaarı və söz sahibləri bu haqsızlığın qarşısını vaxtında almazlarsa, onda Tramp və komandasının mövqeyindən güc alan Rusiya mütləq bu xəyallarını gerçəkləşdirəcəkdir. Nəticə isə, AB üçün və “SSRİ-2” - yə zorla qatılmış xalqlar üçün böyük fəlakətlər gətirəcəkdir.
Avropa Birliyi bu barədə gərək çoxdan düşünəydi, indi isə, bir qədər gec olsa da hələ şanslar tam itirilməyib.