Menu

“Heç nə bitməyib” – ABŞ-də Ukraynanın çoxlu dostları var”

01.03.2025, 13:47
“Heç nə bitməyib” – ABŞ-də Ukraynanın çoxlu dostları var”

“ABŞ-yə getmiş Ukrayna nümayəndə heyətinin tərkibinə Ukrayna müdafiə qüvvələrinin müxtəlif strukturlarının nümayəndələri daxildir, onlar ABŞ-nin müvafiq nazirlik və idarələrinin və Konqresin iki komitəsinin rəhbərləri ilə qapalı görüşlər keçiriblər”.

“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış ukraynalı hərbi jurnalist Yuri Butusov “Facebook” səhifəsində yazıb. O, bildirib ki, istisnasız olaraq görüşdə iştirak edənlərin hamısı, o cümlədən bütün respublikaçılar Ukraynaya qeyd-şərtsiz dəstək və hərbi əməkdaşlıq proqramlarına dəstək ifadə ediblər. “Ukrayna nümayəndə heyəti planlaşdırıldığı kimi iş görüşlərini davam etdirir, heç nə ləğv edilmir”, - o əlavə edib.

Butusov vurğulayıb ki, Ukraynanın ABŞ-də çoxlu dostu var və burada ictimai rəy həqiqətən vacibdir, çünki siyasi qərarlara təsir edə bilər. “Əgər Amerikadakı dostlarımız öz mövqelərini fəal şəkildə ifadə etməyə başlasalar, bu təsir hər şeyi dəyişə bilər. Heç nə yekunlaşdırılmayıb, ABŞ-nin mövqeyi tam müəyyən edilməyib və bizim çoxlu müttəfiqlərimiz və təsir rıçaqlarımız var”, - həbi jurnlaist bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol