Menu

Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək

01.03.2025, 15:20
Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona gedəcək.

“Report”un “Haber Global”a istinadən verdiyi xəbərə əsasən, səfərdə məqsəd Böyük Britaniyanın Baş naziri Kir Stamerin təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir.

Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir.

ABŞ-ə uğursuz səfərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol