Menu

Britaniya Zelenskiyə qucaq açdı – Baş nazir Ukrayna liderini elə qarşıladı ki... (FOTO, VİDEO)

02.03.2025, 08:00
Britaniya Zelenskiyə qucaq açdı – Baş nazir Ukrayna liderini elə qarşıladı ki... (FOTO, VİDEO)

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün - martın 2-də Böyük Britaniyanın sədrliyi və Türkiyənin iştirakı ilə Ukrayna üzrə növbəti fövqəladə Avropa sammitinin keçiriləcəyi Londona gəlib.

Zelenski Böyük Britaniyanın Baş naziri Key Starmer tərəfindən olduqca isti və mehribanlıqla qarşılanıb. Bu gün isə Ukrayna lideri Kral III Çarlzla görüşəcək.

Baş nazir Keir Starmer Zelenski ilə görüşdə həmsöhbətini Kiyevə “sarsılmaz” dəstəyinə inandırıb. “İkimizin də əldə etmək istədiyinə nail olmaqda qətiyyətli olduğumuzu - Ukrayna üçün uzunmüddətli sülhə, Ukrayna üçün suverenliyə və təhlükəsizliyə əsaslanan, Ukrayna üçün çox vacib olan, Avropa üçün çox vacib və Böyük Britaniya üçün çox vacib olan şeyə nail olmaqda qətiyyətli olduğumuzu ifadə edirəm”,- Starmer vurğulayıb.

Zelenski öz növbəsində Böyük Britaniyanın Baş naziri Key Starmerə sammitin təşkilinə görə təşəkkür edib və həmçinin vurğulayıb ki, Ukrayna belə strateji tərəfdaşlara malik olduğundan xoşbəxtdir. "Mən çox şadam ki, Əlahəzrət Kral (III Çarlz) görüşümü qəbul etdi və mən sizə minnətdaram ki, belə böyük bir sammit təşkil etdiniz. Və biz Ukrayna xalqı olaraq çox şadıq. Biz sizinlə tarixi bir sənəd - 100 illik tərəfdaşlıq sazişi imzaladıq”, - Zelenski vurğulayıb.

Daha sonra Ukrayna və Böyük Britaniya liderləri Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 2,6 milyard funt sterlinq dəyərində yeni kredit sazişi imzalayıb.

Daha sonra Starmer və Zelenski iqamətgahı tərk ediblər. Starmer Zelenskinin kürəyinə vurub, onu öz “Range Roveri”-nə aparıb, qucaqlayıb və jurnalistlərə sonra əl yelləyib. Məraismdə iştirak edən jurnalistlər iki ölkənin liderlərinə suallar ünvanlasa da, heç biri onlara cavab verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol