Menu

Ermənistanda futbol azarkeşləri polislə dava edib

01.03.2025, 22:24
Ermənistanda futbol azarkeşləri polislə dava edib

Ermənistanın Çarentsavan şəhərində futbol matçı zamanı azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.

"Futbol meydançasında insident baş verib, lakin polis əməkdaşları hadisənin sonrakı inkişafının qarşısını ala biliblər. Beş nəfər izahat vermək üçün Çarentsavan polis şöbəsinə dəvət edilib", - Sarkisyan bildirib.

Hadisə ilə bağlı saxlanılan olmayıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol