Menu

İranın vitse-prezidenti Zərif istefa verib

03.03.2025, 00:33
İranın vitse-prezidenti Zərif istefa verib

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol