Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində səfirlərlə təşkil olunan iftar proqramında mühüm açıqlamalar verib. İsrail rəsmilərinin Məscidül-Əqsanı hədəf alan təxribatlarına reaksiya verən prezident Ərdoğan, "Məscidül-Əqsa bizim qırmızı xəttimizdir. İsrail rəsmiləri odla oynayır" deyib.
"Türkiyə kiminsə Suriyadakı sabitsizlikdən sui-istifadə etməsinə icazə verməyəcək. Türkiyə qurulan ssenarilən fərqindədir. Kimin nə etmək istədiyini bilirik. Qurulmaq istəyən qanlı oyunlara imkan verməyəcəyik” - deyə, Ərdoğan bildirib.
Türkiyənin gələcəyində terrora yer olmadığını deyən prezident Ərdoğan, "Çirkli və qanlı planların qarşısını alacağıq" deyə, bildirib.
Ərdoğan Avropaya da xəbərdarlıq edib.
“AzPolitika" xəbər verir ki, o, bu barədə səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.
Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir: “Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”.
Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, gələn təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.

Şərhlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində səfirlərlə təşkil olunan iftar proqramında çox düzgün olaraq demişdir ki, " bu gün dünyada “meşə qanunları” hökm sürür: Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır". Demək ki, dünyanın meşə qanunları ilə idarə olunduğu bir dövrdə, zəif və inkişafda etməkdə ölan ölkələr də siyasətlərini məhz dünyaya bu pəncərədən baxaraq yürütməlidirlər. Təssüf ki, bəzi bu qabildən olan dövlət başçılarının siyasətdə təcrübəsizliyi və naşılığı, onları regonun güc devletleti tərəfindən zaman-zaman tapdalanmasına nədən olmuşdur. Sonra da həmin ölkələrin "başçıları" başlarlar, ədalətin höküm sürmədiyi bir dünyadan onların xilası üçün kömək istəməyə. Tıpkı, 90-cı illərin əvvəlində bizdə, ardınca Gürcüstanda, sonra Orta doğu ölkələrində, dün də Ukraynada olduğu kimi. Tarix də həmişə yazmışdır. Ki, zamansız verilən qərarların sonu amansız olur, özü də çox. Məhz bu aspekdtən, Azərbaycan dövlət Başçısının xarici siyasətdəki ( xüsusən də regoon güc dövlətləri ilə) başarıları və bu yöndə atdığı zamanlanmış addımları sayəsində biz Qarabağı dünya güclərinin yöntəmi ilə işğaldan azad edə bildik.