“Baxmayaraq ki, bu gün Avropada yalnız Türkiyə ən güclü və döyüşə hazır orduya malikdir, bu ordu ABŞ-dən sonra ikinci ən böyük NATO ordusudur, lakin siyasi vəziyyətə görə Türkiyə uzun illərdir ki, Avropa Birliyinə qəbul edilmir”.
“AzPolitika” xəbər verir ki, bu barədə siyasi təhlilçi Ramiz Yunus sosial şəbəkədəki hesabında yazıb.
“Təəssüf ki, ancaq Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlayandan sonra Avropa Birliyində bir çoxlarına getdikcə daha aydın oldu ki, Türkiyəyə Avropa İttifaqında layiqli yer verilmədikcə, Avropa artıq tamhüquqlu qlobal oyunçu kimi mövcud ola bilməz”, - o əlavə edib.
Ramiz Yunus izah edir: “Çünki milyonluq ordusu və regionun ən güclü hərbi komplekslərindən biri olan Türkiyəsiz Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Əgər Türkiyəyə bütün hərbi və iqtisadi potensialı ilə daha 800 minlik Ukrayna ordusunu əlavə etsək, o zaman Böyük Britaniya və Fransanın nüvə çətiri ilə birlikdə Avropa qitəsi həqiqətən də Ukraynaya təhlükəsizlik zəmanəti verməyə və Rusiyadan gələn istənilən təhlükəyə müstəqil şəkildə müqavimət göstərməyə qadir olacaq. Danışıqdan həlledici hərəkətə keçməyin vaxtıdır”.
“AzPolitika.info”


Şərhlər
Tamamilə doğru fikirdir.Bu FAKTDIR.