Menu

“Azı 6 ay dayanacağıq, sonra isə...” - Ukrayna ABŞ hərbi yardımına alternativ axtarır

04.03.2025, 15:33
“Azı 6 ay dayanacağıq, sonra isə...” - Ukrayna ABŞ hərbi yardımına alternativ axtarır

Ukrayna Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan da təxminən altı aylıq "dayanıqlılıq ehtiyatına” malikdir. Lakin hazırda kritik silahların tədarükü üçün alternativ mənbələrin tapılması istiqamətində iş aparılır.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna parlamentinin hakim “Xalqın qulluqçusu” partiyasından olan deputat, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski mətbuata açıqlamasında deyib.

Deputat qeyd edib ki, Milli Təhlükəsizlik Komitəsinin son qapalı iclasında ABŞ-dən Ukraynaya hərbi yardımın mümkün dayandırılması ilə bağlı neqativ ssenariyə baxılıb. Venislavskinin sözlərinə görə, Ukrayna ABŞ-nin sistemli dəstəyi olmasa belə, təxminən altı aylıq ehtiyata malikdir. Bununla belə, vəziyyət daha sonra bir qədər də mürəkkəbləşəcək. Bu səbəbdən hazırda kritik silahların tədarükü üçün alternativ mənbələrin tapılması istiqamətində iş aparılır.

“Bizim hərbi sənaye kompleksimiz son üç ildə kifayət qədər böyük imkanlar əldə edib və təhlükələri, riskləri əhəmiyyətli dərəcədə yumşaltmağa qadirdir”, - o, qeyd edib.

Bununla yanaşı, deputat etiraf edib ki, bəzi silah növləri, xüsusən də hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli yüksək dəqiqlikli raket sistemləri yalnız ABŞ tərəfindən təmin oluna bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol