Menu

Putin və Tramp bu məsələdə razılığa gəliblər - "Bloomberg" açıqladı

04.03.2025, 17:52
Putin və Tramp bu məsələdə razılığa gəliblər - "Bloomberg" açıqladı

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp administrasiyasına İranla nüvə proqramı və onun regional anti-ABŞ proksi qüvvələrinə dəstəyi də daxil olmaqla bir sıra məsələlərdə kömək etməyə razılaşıb. 

"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Məlumata görə, Tramp fevral ayında telefon danışığında bu məasələni birbaşa prezident Vladimir Putinə çatdırıb və onun administrasiyasının yüksək səviyyəli rəsmiləri bu məsələni bir neçə gün sonra Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda rusiyalı həmkarları ilə müzakirə ediblər. 

Qeyd olunub ki, Moskvada məsələ ilə yaxından tanış olanlar, məsələnin həssaslığına görə həmin məlumatlı şəxsin kimliyini açıqlamaqdan imtina etdiklərini bildiriblər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol