Menu

“Sirab” və “Badamlı” bahalaşdı – Şirkət səbəbini açıqladı

05.03.2025, 21:04
“Sirab” və “Badamlı” bahalaşdı – Şirkət səbəbini açıqladı

“Sirab” şirkətindən “AzPolitika”-nın sorğusuna cavab olaraq bildirildi ki, qiymətlərin bahalaşması nəqliyyat xərclərinin artması və qablaşdırmada istifadə olunan materialların idxal dəyərindəki artımla bağlıdır. “”Sirab” suyu Naxçıvandan Xırdalana gətirilir və müəssisədə qablaşdırılır, nəqliytat, yol xərclərində artımlar olub. Həmçinin qablaşdırmada istifadə olunan materialları Türkiyədən alırıq, orada qiymətlər yüksəldiyindən əlavə xərclər yaranıb, bu da nəticədə məhsullarımızın bahalaşamasına səbəb olub”, - açıqlamada qeyd olunub. 

***

Bu gündən etibarən Azərbaycanda süfrə suyu istehsal edən məşhur şirkətlər qiymətləri bahalaşdırıb. 

“AzPolitika” xəbər verir ki, paytaxtdakı ticarət obyektərində “Sirab”, “Badamlı” mineral və süfrə suları qablaşdırılmasından asılı olaraq 5-50 qəpik aralığında əvvəlkindən daha baha satılır. 

Marketlərdən saytımızın əməkdaşına bildirilib ki, 0.5 litirlik sular 50 qəpikdən 55 qəpiyə, 1 litrlik qablarda 80-85 qəpikdən 90-95 qəpiyə, 1.5 litrlik qablaşdırılmış süfrə suları isə 10 qəpik bahalaşdırılaraq 1.05 qəpiyə təklif olunur. Habelə 3, 5, 10, 19 litrlik qablarda olan “Sirab”, “Badamlı” da əvvəlki qiymətlərdən 45-50 qəpik yüksək qiymətə satılır.

“Sirab” Mineral Su zavodunun Bakı təmsilçiliyindən “AzPolitika”-ya mart ayının əvvəlindən şirkətin məhsullarının qiymətinin artırıldığı təsdiqləndi. Amma bahalaşmanın səbəbi barədə hər hansı açıqlama verilmədiyi qeyd olundu.

“Badamlı”-nın istehsalçı şirkəti ilə əlaqə saxlamaq mümkün olmadı, adıçəkilən şirkətin internet ünvanı da fəaliyyətsizdir.

Rasim

“AzPolitika.info”   

Şərhlər

Vətəndaş 2025-03-06 00:12:50

Buna süni bahalaşma deyilir.Su PET butulkaklarda qabladlırılır və,bunun xammalı daxidən alınır və daxildə
də istehdsal edilir.Su isə təbiətdən puluz çıxır. Niyə belə süni bahalaşmalara diqqət edən,nəzarət edən və qarşısını alan qurum yoxdur?r.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol