Menu

SU TARİFLƏRİ DƏYİŞDİRİLƏCƏK... - "Artıq qanun layihəsi hazırlanıb"

05.03.2025, 21:12
SU TARİFLƏRİ DƏYİŞDİRİLƏCƏK... - "Artıq qanun layihəsi hazırlanıb"

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

O qeyd edib ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizminin diferrensiallaşdırılması hədəf olaraq müəyyən edilib: "Bu, o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviqidir. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı qərar veriləcək".

Şərhlər

Vətəndaş 2025-03-06 10:29:04

Maraqlı nağıldır.Bəs quraşdırdığınız sayğac bu az və ya çox istifadəni necə nəzərə alacaq?Bunu da düşünün,sonra nağıl quraşdırın.Allahın insanlara bəxş etdiyi su ilə alver etmək hansı şəxsiyyətə,əxlaqa yaraşır? Niyə insanları sıxmaqla məşğulsunuz.Niyə hələ indiyə kimi içməli su ilə texniki su xətləriniz yoxdur? Niyə içməli su ilə suvarna suyu eyni tariflə ödənilməsinin qarçısını almaq istəmirsiniz?Bu xalqa əziyyət vermək,cibini soymaq hansı məsləkə,vicdana sığır?Bir sədrlərinizin əmlaklarına diqqət edin,Bunlar xalqdan oğurlanan pulkar deyil.Utanmırsınız?

Kirpi 2025-03-06 10:20:43

Bütün dünya Azərbaycanı inkişaf etmiş ölkə kimi, tanıyır Azərbaycan kim deyə bilər bu doğrudanda belədir)))

Oktay 2025-03-06 10:16:59

Tariflər hazırlanır,yeni bahalaşmalar baş verir.Amma nədənsə ölkədə içməli su ilə suvarma üçün suların tarifi eyni qalır ki.bu da həyət sahəsi olan vətəndaşlara olduqca ağır təsir edir.Axı rayonlarda hər kəsin həyət sahəsi və orada ağac.əkilmiş sahələrin suvarılması vacibliyi var.Amma içməli su ilə suvarma suları eyni tariflə ,sayqacla hesablandığından vətəndaşın ödəmə imkanı məhdud olur.Yaxşı olardı ki. su təsərrüfatının "başbilənləri rayonlarda evlərə suvarma suyunun çatdırılmasını təmin etsinlər..Əks halda isə mövcud tarif və mövcud su təminatı vətəndaşları çıxılmaz vəziyyətə salır.Bu vacib məsələyə əlaqədar qurumların müdaaxiləsinə böyük ehtiyac vardır.

işsiz 2025-03-06 07:24:34

hərləyib fırlayıb qiyməti qaldıracaqlar. Milləti xalqı insan yerinə sayan yoxdur

Mubariz 2025-03-05 22:07:58

Kaanalizasiya yaddan çıxmasın ,limit qoyun ,işimizi bilək

Mubariz 2025-03-05 13:36:29

Millət , gözünüz aydın ,suya da limit qoyurlar ,qaldı hava ,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol