Son günlər Ukraynada atəşkəslə bağlı çoxsaylı müzakirələrə rəğmən, Ukrayna hakimiyyəti Rusiyanın sülhdə maraqlı olmadığına əmindir.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bu məsələ ilə bağlı öz social şəbəkə səhifəsində paylaşım edib.
O, qeyd edib ki, Rusiya müharibəni dayandırmaq üçün səmimi niyyətini təsdiq etməlidir: “Əgər Rusiya həqiqətən də hərbi əməliyyatlara son qoymaq istəyirsə, Ukraynanı gündəlik atəşə tutmağı dərhal dayandırmalıdır”.
Bu bəyanat Ukrayna Prezidenti Volodimir Zelenskinin sosial mediada ABŞ-yə təşəkkür edən və Prezidenti Donald Trampın rəhbərliyini dəstəkləyən, eləcə də Ağ Evdə baş verənlərə görə təəssüf etdiyini bildirən paylaşımından sonra gəlib.
Zelenski Trampla danışıq masası arxasına oturmağa və minerallar üzrə saziş imzalamağa hazır olduğunu, eləcə də dənizdə və havada atəşkəsi dəstəkləyəcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər