Menu

Kreml Zelenskinin bəyanatından razıdır, amma... - Peskov açıqaldı

05.03.2025, 14:08
Kreml Zelenskinin bəyanatından razıdır, amma... - Peskov açıqaldı

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlara başlamağa hazır olması barədə bəyanatını müsbət addım hesab edir. 

“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Lakin onun dediyinə görə, Zelenskinin Putinlə danışıqları qadağan edən fərmanı var və bu, tərəflər arasında təmasa məhdudiyyət qoyur: “Biz bunu müsbət addım kimi qiymətləndiririk, lakin onun(Zelenskinin-red.) məhz kiminlə danışıqlar masasına oturmağa hazır olduğu sual altında qalır. Hazırda Ukrayna Prezidentinin Rusiya ilə danışıqlar aparmasına qanuni qadağa qalmaqdadır”.

Bundan əlavə, Kreml nümayəndəsi qeyd edib ki, hazırda Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsi müzakirə olunmur. Bununla yanaşı, onun fikrincə, Moskva üçün belə bir görüşün keçirilə biləcəyi ən mükəmməl yer Minskdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol