Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
“Media forum” saytı xəbər verir ki, dekabrın 16-da Ohanyan Dağlıq Qarabağdakı işğalçı silahlı qüvvələrin komandanı Movses Akopyanla birgə bölgənin şərqindəki hərbi məntəqələrə baş çəkib.
52 yaşlı Ohanyan Azərbaycanın Şuşa şəhərində doğulub. Hərbi təhsili Bakıda alıb.
Qarabağdakı separatçı ordunun tərkibində Azərbaycan torpaqlarının işğalında və soyqırımı cinayətlərində iştirak edib.
1999-cu ildə “DQR”in “müdafiə naziri” vəzifəsinə gətirilib. 2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi olub. Müdafiə naziri postuna 2008-ci ildə təyinat alıb.


Şərhlər