Menu

"Türmədən çıxanların 60-65 faizi təzədən cinayət törədir" - Mədət Quliyev

16.12.2014, 13:37
"Türmədən çıxanların 60-65 faizi təzədən cinayət törədir" - Mədət Quliyev

“Azərbaycanda üç yeni tipli cəzaçəkmə müəssisəsi tikilib. Respublikanın regionlarında 7 cəzaçəkmə müəssisəsi tikilir”.

Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev 6 saylı cəzaçəkmə müəssisəsində keçirilən “Din və dövlət münasibətləri” adlı tədbirdə çıxış edərkən deyib.

M.Quliyev bildirib ki, tikilən müəssisələr dünya standartlarına cavab verir: “Biz istəyirik ki, sovet dövründən qalmış müəssisələrdən azad olaq və məhkumlar yeni tikilmiş müəssisələrdə saxlanılsınlar. Təəssüflər olsun ki, məhkum olunan şəxslərin 60-65 faizi azadlığa çıxdıqdan sonra yenidən cinayət törədirlər. Biz arzu edirik ki, bu cür şəxslərin sayı azalsın” (APA).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol