Menu

Bakıda kişi dəm qazından boğularaq ölüb

06.03.2025, 09:36
Bakıda kişi dəm qazından boğularaq ölüb

Bakıda kişi dəm qazından boğulub.

"Report" xəbər verir ki, Nəzərov Elçin Tarverdi oğlu yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, 31 ünvanında yerləşən evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla əlaqədar Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol