ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin şərtlərini ciddi şəkildə yerinə yetirən HƏMAS-ı təhdid edib.
Belə ki, Donald Tramp “Truth Social” müdia hesabından verdiyi açıqlamada HƏMAS üzvlərinin Qəzzanı tamamilə tərk etməli olduğunu, İsrailə istədiyi hər cür dəstəyi verəcəyini bəyan edib.
“Bütün girovları sərbəst buraxın, yoxsa sizin üçün bu iş bitər. Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm. Əgər dediklərimi etməsəniz, HƏMAS-ın bir nəfər üzvü də təhlükəsiz olmayacaq”, - deyə o, qeyd edib.
Tramp HƏMAS liderlərinə müraciətində “Bu sizin son xəbərdarlığınızdır. Hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır”, - mesajını verib.
“AzPolitika.info”


Şərhlər