Menu

Erməni bloqer Azərbaycandan sığınacaq istəyir- Prezidentə müraciət edib

06.03.2025, 20:45
Erməni bloqer Azərbaycandan sığınacaq istəyir- Prezidentə müraciət edib

Erməni bloqer İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə siyasi sığınacaq verilməsi xahişi ilə müraciət edib. 

“AzPolitika” xəbər verir ki, Verdyan onun Ermənistan hökuməti tərəfindən təqib olunduğunu və beynəlxalq axtarışa verildiyini yazıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət.

Hörmətli cənab Prezident!

Nəzərinizə çatdırım ki, Ermənistanda Qarabağın Azərbaycana aid olduğunu bəyan etdiyimə görə, mənə qarşı cinayət işi açılıb.

Ermənistan hakimiyyəti Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınmasının lehinə çıxış etdiyimə, həmçinin “artsax” kvazi-dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir.

Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistandakı həbsxanadan başqa istənilən yerdə mənə qapıları bağlayır.

Hörmətli cənab Prezident!

Mövcud reallıqlar fonunda və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşlığım olduğu ölkəmə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq, xahiş edirəm ki, mənə Azərbaycanda siyasi sığınacaq verəsiniz”.

“AzPolitika.info”

Şərhlər

Vətəndaş 2025-03-06 15:14:08

Ölkəmizdən rədd olublar. İndi müxtəlif yollar və bəhanələrlə yenidən fəsad törətmək üçün məqam axtarırlar. Cəhənnəm olsunlar. Xəlil Rza-dan:
Biz Türküstan elləriyiz,
Qeyrət, qüdrət selləriyiz.
Ermənini qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar,
Yurdumuzu əzizləyək,
Əqrəblərdən təmizləyək.
Şölə saçsın bu nur-cahan,
ermənisiz AZƏRBAYCAN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol