NATO-nun ABŞ-dən sonra ikinci ən böyük ordusuna sahib olan Türkiyə Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə “Teleqraf” nəşri Ankaradakı mənbələrinə isitinadla məlumat yayıb.
“Missiyaya töhfə vermək məsələsi regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri hesab edilərsə, buna baxılacaq və bütün maraqlı tərəflərlə birgə müzakirə olunacaq”, - deyə mənbə bildirib.
Ukraynanın müttəfiqləri arasında yalnız Fransa və Böyük Britaniyanın bu təşəbbüsü dəstəklədiyi vurğulanır.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Ukraynaya sülhməramlılarının göndərilməsinin mümkünlüyünə münasibət bildirib.
Nazirlikdəki mənbələr mətbuata açıqlayıb ki, sülh üçün ehtiyac olacağı təqdirdə, lazımi qiymətləndirmələr aparıla bilər.
“Bizim fikrimiz ondan ibarətdir ki, ədalətli və davamlı sülhə hər iki tərəfin bərabər və ədalətli təmsil olunması ilə nail olmaq olar. Bu prosesdə ölkəmiz regionda sülhün təmin edilməsi, Qara dənizin sülh dənizi kimi qorunması və Ukraynanın bərpası üçün hər cür konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - açıqlamada qeyd olunub.
“AzPolitika.info”


Şərhlər