Menu

İranda hərbi obyektdə partlayış olub - Ölən və yaralananlar var

06.03.2025, 23:39
İranda hərbi obyektdə partlayış olub - Ölən və yaralananlar var

İranın paytaxtı Tehranın şərqindəki hərbi obyektlərdən birində yanğın, ardınca isə partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir hərbçi ölüb.

Həmçinin yanğının söndürülməsinə cəlb olunan briqadanın on üzvü xəsarət alıb.

Onlardan altısı xəsətəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələ məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol